Baş nazir Əli Əsədov Litva Prezidenti ilə görüşüb

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov mayın 18-də
Litva Respublikasının Prezidenti Qitanas Nauseda ilə görüşüb.

Nazirlər Kabinetinin mətbuat xidmətindən AzerTimes-a bildiriblər ki,
görüşdə Azərbaycan-Litva münasibətlərinin müxtəlif istiqamətlərdə
inkişafından məmnunluq ifadə edildi.

İki ölkənin prezidentlərinin iştirakı ilə Bakıda keçirilən
Azərbaycan-Litva biznes forumunun əhəmiyyəti vurğulandı.

Görüşdə Azərbaycan ilə Litva arasında siyasi, ticari-iqtisadi,
sərmayə qoyuluşu, humanitar, turizm və bir çox digər sahələrdə
əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə olundu.

Teqlər: