Baş nazir Əli Əsədov ilə Gürcüstanın Baş naziri İrakli Qaribaşvili arasında telefon danışığı olub

Fevralın 14-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov
ilə Gürcüstanın Baş naziri İrakli Qaribaşvili arasında telefon
danışığı olub.

Nazirlər Kabinetindən AzerTimes-a verilən məlumata görə, telefon
danışığı zamanı Gürcüstanda baş vermiş zəlzələ ilə bağlı
narahatçılıq və həmrəylik ifadə edilib.

Eyni zamanda Azərbaycan-Gürcüstan dostluq münasibətlərinin
müxtəlif sahələrdə inkişafı yüksək qiymətləndirilib, qarşılıqlı
faydalı əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə
olunub.

Teqlər: