“Barselona” onu istefaya göndərsə, 20 milyon ödəyəcək

“Barselona” onu istefaya göndərsə, 20 milyon ödəyəcək

“Barselona”nın Xaviyə ödəməli olacağı kompensasiyanın məbləği bəlli olub.

AzerTimes İdman.biz-ə istinadən xəbər verir ki, baş məşqçi istefaya göndərilsə, ona 20 milyon avro ödənilməlidir.

Bu səbəbdən də klub rəhbərliyi Xavini baş məşqçi postunda qalıb-qalmamasını yenidən nəzərdən keçirir.

İspaniya təmsilçisi mütəxəssislə vidalaşmaq istəsə də, ödəməli olacağı kompensasiya bu addımı yenidən düşünməyə məcbur edib. Çünki bu məbləğ maliyyə durumu yaxşı olmayan klub üçün ağır zərbə ola bilər.

Qeyd edək ki, “Barselona” La Liqanın 36 turundan sonra 79 xalla ikinci pillədə qərarlaşıb.

Teqlər: