“Barışıq üçün etiraf et” aksiyası beynəlxalq miqyasda genişlənir (FOTO)

İndoneziyanın paytaxtı Cakarta şəhərində yerli gənc fəallar
tərəfindən Xocalı faciəsinin 30 illiyi ilə bağlı bir sıra tədbirlər
keçirib.

Tədbirlər çərçivəsində bu gün Cakarta şəhərində bir qrup
indoneziyalı etirazçı Ermənistanın bu ölkədəki səfirliyi qarşısında
“Barışıq üçün etiraf et” (Recognize to reconcile)
şüarı ilə mitinq keçirib. Mitinq zamanı indoneziyalı gənclər
Srebrenitsa Muzeyinin direktor müavini, Srebrenitsa faciəsinin
qurbanlarından olan Amra Beqiçin bir neçə gün öncə
Vyanada keçirilən “Sülh və
ədalət”
beynəlxalq konfransında Ermənistan hökumətinin
Xocalı faciəsini tanıması ilə bağlı irəliyə sürdüyü və İslam
Əməkdaşlıq Təşkilatı Gənclər Forumu Avrasiya regional Mərkəzinin
beynəlxalq kampaniyaya çevirdiyi təşəbbüsə dəstək göstəriblər.


Pandemiya ilə bağlı məhdudiyyətlərə baxmayaraq iki saat davam
edən mitinqdə “Xocalıya ədalət”, bu faciə ilə bağlı Ermənistan
rəhbərliyi tərəfindən məsuliyyətin qəbul edilməsi, Azərbaycan
xalqından üzr istənilməsi ilə bağlı şüarlar səsləndirilib.

Teqlər: