Bankların kredit portfeli hesabat ayında 3 faiz artıb

Xəbər - Fərid Zöhrabov – AzerTimes:

Kredit portfelinin artım trendi oktyabr ayında bir qədər sürətlənmişdir. Bankların kredit portfeli hesabat ayında 3% (459 mln. manat) artaraq 15,997.3 mln. manat olub. Ümumilikdə, ilin əvvəlindən bankların kredit portfeli 13% və ya 1,840.3 mln. manat artıb. Öhdəliklərin strukturunda depozit portfeli üstünlük təşkil edir (cəmi öhdəliklərin 80%-i və ya 24,026.1 mln. manat). Bankların depozit portfeli oktyabr ayında 1.6% (376.1mln. manat) artıb (ilin əvvəlindən 15.9% artım).

AzerTimes xəbər verir ki, Mərkəzi Bankın hesabatında qeyd olunub.

Əhalinin (sahibkarlıqla məşğul olan fiziki şəxslər istisna olmaqla) banklarda olan əmanətləri oktyabr ayında 0.6% (50.2 mln. manat) artaraq 8,713.8 mln. manat təşkil edib.(tarixi maksimum səviyyə).Fiziki şəxslərin əmanətlərinin dollarlaşması ilin əvvəlinə nəzərən 7.5 faiz bəndi azalaraq 43.3% təşkil edib.

Teqlər: