Bankların dollara olan tələbi artıb

Bu gün Mərkəzi Bankda Dövlət Neft Fondunun iştirakı ilə növbəti
valyuta hərracı keçirilib.

Mərkəzi Bankdan AzerTimes-a verilən məlumata görə, hərracda tələb
40,6 mln. ABŞ dolları təşkil etmiş və tam təmin edilib.

Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində
formalaşıb.

Qeyd edək ki, sonuncu valyuta hərracında tələb əvvəlki hərracla
(5 may 2022-ci il tarixində keçirilib – red.) müqayisədə 31,8%
artıb. Ötən valyuta hərracında bankların tələbi 30,8 mln. ABŞ
dolları təşkil etmişdi.

Teqlər: