Banklara valyuta satışı artıb

Azərbaycan Dövlət Neft Fondu (ARDNF) valyuta satışı ilə bağlı açıqlama yayıb.

ARDNF-dən Trend-ə verilən məlumata görə, fond tərəfindən 2021-ci ilin avqust ayı ərzində 565,4 milyon dollar məbləğində vəsait satılıb.

Qeyd edək ki, bu ötən ayla müqayisədə 53,1 milyon dollar çoxdur.


Avqust ayında ARDNF tərəfindən valyuta hərraclarında 512,3 milyon dollar məbləğində vəsait satılmışdı.

Teqlər: