“Bank Respublika”nın 21 yaşlı əməkdaşının böyük uğuru! (FOTO)

Ölkəmizdə gənc mütəxəssislərin inkişafına böyük önəm verən və
gəncləri dəstəkləyən Bank Respublika, özünün 21 yaşlı əməkdaşının
əldə etdiyi uğur haqda məlumat verib.

Belə ki, Bankın İnformasiya Təhlükəsizliyi Departamentinin gənc
mütəxəssisi İSA CƏFƏROV magistratura təhsili almadan birbaşa ABŞ-də
doktorantura pilləsinə qəbul olunub. O, kompüter elmləri
ixtisasının kibertəhlükəsizlik istiqaməti üzrə təhsil alacaq.

İsa Nyu-York Şəhər Universiteti, Kolorado Universiteti, Alabama
Universiteti və Kolorado Mədən Məktəbindən də təklif alıb. Bank
əməkdaşının seçim etdiyi Nyu-York Şəhər Universitetindən qazandığı
təqaüdün məbləği 135 min ABŞ dolları təşkil edəcək

Bununla bağlı, Bankın rəhbərliyi gənc mütəxəssislə görüşərək
onunla qürur duyduqlarını bildirib və gələcək işlərində uğurlar
arzulayıb.

Teqlər: