Ölkəmizdə bir çox korporativ sosial məsuliyyət yönümlü
layihələrin təşəbbüskarı və dəstəkçisi olan Bank Respublika,
“YAŞAT” Fondunun və Azərbaycan Respublikası Gənclər və İdman
Nazirliyinin şəhid övladları üçün birgə təşkil etdiyi “YAŞAT”
düşərgəsinə dəstək oldu.
27-30 may tarixlərində Qəbələ Olimpiya və İdman Kompleksində
həyata keçirilən yay düşərgəsində ölkəmizin müxtəlif regionlarından
(Kürdəmir, Balakən, Şəki, Qəbələ, Şamaxı və İmişli) 8-13 yaş
aralığındakı şəhid övladları iştirak edib.
Yay düşərgəsinə cəlb olunan qəhrəman övladları Qəbələ Olimpiya
və İdman Kompleksində peşəkar məşqçi heyəti tərəfindən futbol,
taekvondo, qaydasız döyüş, cüdo, boks, gimnastika və digər idman
növlərinin məşqlərinə cəlb olunub.
Bundan başqa uşaqlar futbol üzrə Azərbaycan kubokunun final
görüşündə futbolçularla birgə meydana çıxıblar. Uşaqlar üçün
həmçinin Qəbələnin görməli yerlərinə ekskursiyalar da təşkil
edilib.
Layihənin son günü, Bank Respublika əməkdaşları 1 iyun –
Uşaqların müdafiəsi günü münasibətilə qəhrəman şəhidlərimizin
övladlarına skuterlər və digər qiymətli hədiyyələr də təqdim
edib.
Qeyd edək ki, müharibədən sonra şəhid ailələrinə və qazilərə
xüsusi diqqətin göstərilməsi “Bank Respublika”nın sosial
layihələrinin əsas istiqamətlərindən biridir. Bank Respublika həm
də, “YAŞAT” Fondu, “Silahlı Qüvvələrə Yardım Fond”u və “Qarabağ
Dirçəliş Fondu”na vəsait ianə edən ilk banklardan biridir.
Daha ətraflı məlumatı bankın rəsmi web saytında, facebook, instagram,
linkedin
səhifələrində və ya Bankın Çağrı Mərkəzinə 144
nömrəsinə zəng edərək əldə edə bilərsiniz.