Türkiyənin “Adana Dəmirspor” futbol klubunun hücumçusu Mario Balotelli İtaliya millisinin yanvarda keçiriləcək təlim-məşq toplanışına dəvət alıb.
AzerTimes-ın məlumatına görə, bu barədə İtaliya Futbol Federasiyasının mətbuat ximdəti bildirib.
Dünya çempionatının seçmə mərhələsinin pley-off mərhələsinə hazırlıq məqsədilə yanvarın 26-dan 28-dək keçiriləcək təlim-məşq toplanışına 35 nəfər çağırılıb.
M.Balotelli üçün bu, 2018-ci ilin sentyabrından bəri İtaliya millisinə ilk dəvətdir. Həmin vaxtda hücumçu Millətlər Liqasının Polşa komandası ilə oyununda (1:1) meydana daxil olub.