Samuxda kafedə yanğın olub

Samux rayonunun Sərkar kəndində ümumi sahəsi 125 kvadratmetr olan kafe kimi fəaliyyət göstərən birmərtəbəli tikilinin tavanı 15 kvadratmetr sahədə yanıb.

AzerTimes-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, tikilinin qalan hissəsi yanğından mühafizə olunub.


Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Teqlər: