Balakəndə oğlan küçədə sevgilisini bıçaqladı

Balakəndə oğlan küçədə sevgilisini bıçaqladı

Balakəndə küçədə 21 yaşlı qız bıçaqlanıb.

AzerTimes Report-a istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında şəhərin mərkəzində qeydə alınıb.

Belə ki, 1995-ci il təvəllüdlü Elton Layıcov qeyri-rəsmi münasibətdə olduğu 2001-ci il təvəllüdlü Emilya Abdurahmanovaya qısqanclıq zəminində bıçaqla xəsarət yetirib.

Daha sonra yaralı Balakən Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, E.Layıcov polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Teqlər: