Balakəndə mənzildən 20 min manatlıq oğurluq edilib

Xəbər - Samir Əli – Trend:

Balakən rayonunda mənzildən təxminən 20 min manatlıq oğurluq edilib.

Daxili İşlər Nazirliyindən AzerTimes-a verilən məlumata görə, Baş Cinayət Axtarışı İdarəsi və Balakən RPŞ əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cari il aprelin 22-də Balakən rayonundakı evlərin birindən qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Şuşa rayon sakini E.İbrahimov müəyyən edilərək saxlanılıb. Ətrafında aparılan əməliyyat tədbirləri ilə onun daha 2 evdən 6400 ABŞ dolları və 7000 manat pul, 4500 manat dəyərində qızıl və gümüş əşyaları oğurlaması da müəyyən edilib.

Polis əməkdaşları tərəfindən maddi sübutların bir qismi onun tanışı olan Balakən sakini L.Qardaşovanın evindən aşkar edilərək götürülmüş və o da saxlanılıb.

Teqlər: