Balakən rayonunda ağır yol qəzası baş verib, 2 nəfər ölüb, 5 nəfər yaralanıb.
Bu barədə AzerTimes-a Daxili İşlər Nazirliyindən məlumat verilib.
İyunun 25-də saat 1 radələrində Balakən rayonunun Talalar kəndi ərazisində E.Vəliyevin idarə etdiyi VAZ-2103 və K.Əhmədovun idarə etdiyi ”Ford Transit” markalı avtomobillər toqquşub. Nəticədə E.Vəliyevin sərnişinləri İlqar Əhmədov və İbrahim Musayev hadisə yerində ölüb, hər iki sürücü və 3 sərnişin xəstəxanaya yerləşdiriliblər.
Balakən Rayon Polis Şöbəsində araşdırma aparılır.