Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan “Bakı Telefon Rabitəsi” MMC (Baktelekom) 4 mbit/s və 10 mbit/s tariflərini ləğv edəcək. Abunəçilərin daha sürətli internetə keçidini təmin etmək məqsədilə GPON (Giqabit Passiv Optik Şəbəkə) 4 mbit/s və 10 mbit/s tariflərinin istifadəçiləri 6 avqust 2022-ci il tarixindən müvafiq olaraq 15 mbit/s və 30 mbit/s tarif paketinə köçürüləcək.
Bu barədə AzerTimes-a qurumdan məlumat verilib.
Məlumata görə, 4 mbit/s və 10 mbit/s-lik xidmətindən 15 mbit/s və 30 mbit/s paketinə keçid almış müştərilərin gələcəkdə daha sürətli internet paketlərinə keçidi üçün təklif olunan yüksək sürətli tariflərdən birini seçmək imkanı da var.
Xidmət istifadəçiləri sözügedən tariflərə keçmək üçün aşağıda sadalanan kanallar üzərindən müraciət edərək daha tez seçim edə bilərlər:
https://baktelecom.az/tarifi-deyish
Rabitə Xidmət Mərkəzi (rayon üzrə)
“155” Çağrı mərkəzi
Qeyd edək ki, GPON internet xidməti fiber-optik xətləri üzərindən təmin edilir. Bu texnologiya 100 mbit/s-ə qədər qoşulma sürəti, kəsintisiz rabitə və telefon xətlərindən asılılığın olmaması kimi üstünlüklərə malikdir.