Marneulidəki qətli Azərbaycan vətəndaşı törədib

Marneulidəki qətli Azərbaycan vətəndaşı törədib

İyulun 3-də Marneulidə “Aydan Şadlıq Sarayı”nın ərazisində baş verən qətl hadisəsini 22 yaşlı Azərbaycan vətəndaşı həyata keçirib.

AzerTimes xəbər verir ki, onun Azərbaycan vətəndaşı olduğu barədə məlumatı Gürcüstan Baş Prokurorluğu yayıb.

Baş Prokurorluq ağırlaşdırıcı şəraitdə adamöldürmə, qanunsuz şəkildə odlu silah və döyüş sursatı əldə etmək, saxlamaq, gəzdirmək, daşıma, həmçinin odlu silah və döyüş sursatını gömrük sərhədindən qanunsuz olaraq keçirmək və dövlət sərhədini qanunsuz keçmə maddələri əsasında ittiham irəli sürüb. Daxili İşlər Nazirliyi tərəfindən aparılan araşdırmalar nəticəsində müəyyən edilib ki, Azərbaycan Respublikasının vətəndaşı F.D keçmişdə yaranmış mübahisə zəminində qisas məqsədi ilə tapançadan 45 yaşlı şəxsə bir neçə dəfə atəş açıb. Zərəçəkmiş aldığı çoxsaylı yaralar nəticəsində xəstəxanaya gətirildikdən dərhal sonra vəfat edib.

İstintaq nəticəsində həmçinin müəyyən edilib ki, təqsirləndirilən şəxs 2022-ci ilin iyun ayında Gürcüstanın dövlət sərhədini qanunsuz şəkildə keçib, həmçinin qanunsuz olaraq ölkəyə odlu silah və döyüş sursatı gətirib. Hüquq-mühafizə orqanlarının əməkdaşları F.D-nı 5 iyul tarixində həbs ediblər.

Qeyd olunub ki, saxlanılan şəxsi 16 ildən 20 ilədək və ya ömürlük həbs cəzası gözləyir.

Teqlər: