“Baktelecom”da 44 günlük Vətən müharibəsində iştirak etmiş əməkdaşlarla görüş keçirilib (FOTO)

İyulun 9-da “Bakı Telefon Rabitəsi” MMC-nin (Baktelecom) inzibati binasında 44 günlük Vətən müharibəsində iştirak etmiş rabitəçilərlə görüş keçirilib.

Tədbir zamanı öncə ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəmanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra Azərbaycan ordusunun Vətən müharibəsində göstərdiyi tarixi qəhrəmanlıq və peşəkar döyüş taktikası vurğulanıb. Tarixi qələbənin əldə olunmasında əsgərlərimizin göstərdiyi şücaətdən bəhs edilib.

Tədbirdə qurumun veteran əməkdaşlarının döyüş xatirələri də dinlənilib. Çıxış edənlər azadlıq müharibəsi zamanı xalqın birliyindən söz açaraq Ali Baş Komandanın çağrışına hər an hazır olduqlarını bildiriblər.

Görüş zamanı müharibədə iştirak edən rabitəçilərə “Bakı Telefon Rabitəsi” MMC tərəfindən təsis edilən Təşəkkürnamələr və xatirə hədiyyələri təqdim edilib.

Qeyd edək ki, II Qarabağ müharibəsi zamanı Baktelecom-un 36 əməkdaşı döyüşlərə yollanıb, onlardan 2 nəfəri vətən uğrunda qəhrəmancasında şəhid olublar.

“Bakı Telefon Rabitəsi” MMC haqqında

1997-ci ildə yaradılan “Bakı Telefon Rabitəsi” İstehsalat Birliyi (BTRİB) 2017-ci ilin 19 iyul tarixində “Bakı Telefon Rabitəsi” Məhdud Məsuliyyətli Cəmiyyəti olaraq yenidən təşkil edilib. 2001-ci ilin 10 may tarixində BTRİB-in nəzdində “Bakİnternet” ilk dövlət internet şəbəkəsi yaradılıb.


“Baktelecom” dövlət orqanlarına, korporativ və fərdi seqmentdən olan 630 min müştəriyə bütün növ müasir telekommunikasiya xidmətləri – telefon, internet, DATA, İPTV, CDMA və LTE texnologiyalarına əsaslanan telefoniya xidmətləri təqdim edir. Əlavə olaraq, şirkət rabitə qurğularının layihələndirilməsi xidmətini də həyata keçirir.

Şirkətin bütün istismar ərazisini əhatə edən kabel-kanal qurğuları, fiber-optik şəbəkəsi, IP/MPLS texnologiyasına əsaslanan daşıyıcı şəbəkəsi, GPON texnologiyasına əsaslanan paylayıcı şəbəkəsi mövcuddur. Qurumun tabeliyində altı Rabitə xidmətləri mərkəzi, “Azərrabitəlayihə” MMC və “Azeurotel” MMC fəaliyyət göstərir.

Müştəri məmnuniyyətinin yüksəldilməsi və xidmət coğrafiyasının genişləndirilməsi məqsədi ilə hazırda fiber-optik, magistral və paylayıcı şəbəkənin əhatə dairəsinin artırılması istiqamətində layihələr həyata keçirilir.

Baktelecom haqqında veb-saytımız https://www.baktelecom.az/ üzərindən ətraflı məlumat ala bilərsiniz.

Teqlər: