Baktelecom-dan güzəştli qoşulma və sərfəli kampaniya təklifləri (FOTO)

Baktelecom Optik və ADSL internet istifadəçilərini yüksəksürətli xidmətlərlə təmin edən yeni kampaniyalara başlayıb.

12 aylıq güzəştli şərtlərlə yüksəksürətli internet

Müraciətçilərə 100 Mbit/s-ə qədər qoşulma sürəti ilə optik internet və telefoniya xidmətləri yeni şərtlərlə təqdim edilir. Artıq 12 aylıq müqavilə əsasında istifadəçilər 30 AZN çəkiliş rüsumu ödəmirlər. Beləliklə, pulsuz qoşulma ilə yanaşı müştərilərə genişzolaqlı xidmətləri dəstəkləyən və sürəti stabil ötürən modemlər hədiyyə edilir.

Optik internet imkanını onlayn yoxla, xidməti qapına gətirək

Əlavə olaraq, baktelecom.az saytında genişzolaqlı xidmətlərin əhatə dairəsini onlayn yoxlama funksiyası aktiv edilib. Paytaxt sakinləri bu bölmə vasitəsi ilə ünvan və ya telefon nömrəsi əsasında rahatlıqla optik xidmət imkanını yoxlaya bilərlər.

Baktelecom bir müddətdir ki, müraciətçiləri üçün optik xidmətlərə qoşulmanı onlayn şəkildə təşkil edib. Artıq məsafə qət etmədən baktelecom.az saytında “onlayn qoşulma” bölməsində telekommunikasiya xidmətləri ünvana sifariş edilir.

Baktelecom daha çox sakinin sürətli internetə çıxışını təmin etmək üçün hazırda genişzolaqlı şəbəkəsini genişləndirir. Bakı şəhəri və ətraf qəsəbələrdə 300 min istifadəçi tutumlu optik inrastruktur üzərindən 150 000 mənzilə keyfiyyətli xidmət göstərilir. GPON (Gigabyte Passive Optical Network) texnologiyası əsasında tikilən şəbəkə tam sabit sürətə zəmanət verir, telefon, internet və televiziya xidmətlərini bir xətt üzərindən ötürməyə imkan yaradır.

Gələcəkdə daha çox müraciətçinin keyfiyyətli rabitə xidmətləri ilə təminatı üçün optik infrastrukturun əhatə dairəsi sürətlə genişləndirilir.


Eyni qiymətə daha çox sürət

Baktelecom minimal tarif paketinə qoşulan ADSL istifadəçilərini sürətli internetlə təmin etmək üçün mart ayına qədər kampaniya keçirir.

Kampaniyaya qoşulan 1 və 2 mbit/s internet istifadəçiləri 3 ay ərzində eyni məbləği ödəməklə 4 qat sürət əldə edəcəklər.

Onlayn müraciət əsasında sərfəli şərtləri qəbul edən müştərilərə internet xidməti may ayına qədər minimum qiymətə təqdim olunacaq.

Beləliklə, daha çox sürət distant təhsil və ya iş prosesinin, eləcə də digər onlayn əməliyyatların rahat icrasına imkan yaradacaq.

Baktelecom xidmət keyfiyyətinin və müştəri məmnuniyyətinin artırılması istiqamətində yeniliklərini davam etdirəcək.

Teqlər: