“Baksol” yolunun 1400 metrlik hissəsi təmir olundu

“Baksol” yolunun 1400 metrlik hissəsi təmir olundu

“İnvestisiya Proqramı”na uyğun olaraq, paytaxtın Binəqədi rayonunun M.Ə.Rəsulzadə qəsəbəsi üzrə “Baksol” yolu adlanan avtomobil yolunun 1400 metrlik hissəsində yeni asfalt-beton örtüyünün döşənməsi və yolun hər iki tərəfində səkilərin tikintisi işləri yekunlaşıb.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AzerTimes-a bildirilib ki, ümumilikdə təmir işləri 17 min 500 kvadratmetrdən çox sahədə aparılıb.

Qeyd olunub ki, sözügedən yolun digər hissələrində təmir işləri davam edir.

Teqlər: