Əskişəhərdə Zəfər Günü konserti – Foto

Əskişəhərdə Zəfər Günü konserti – Foto

Türkiyənin Əskişəhər şəhərində Zəfər Günü və Bayraq Gününə həsr olunmuş konsert baş tutub.

AzerTimes xəbər verir ki, proqram Əskişəhər Azərbaycanlılar Dərnəyi tərəfindən keçirilib.

Konsert proqramında Əskişəhərdə təhsil alan qazilərimiz Emin Şahbazlı, Rövşən Qurbanov və Şahmar Qasımov da iştirak edib.

Tədbirdə Əskişəhər valisinin müavini Saleh Altun, Əskişəhər Azərbaycanlılar Dərnəyinin sədri Cavid Aydın və sədr müavini Sirac Yaquboğlu çıxışı zamanı əlamətdar gün münasibətilə təbriklərini çatdırıb, Qarabağ zəfəri, Türkiyə-Azərbaycan qardaşlığından söz açıblar.

Teqlər: