Bakıya təzyiq ola bilərmi? – Əcnəbi diplomatın cavabı

Bakıya təzyiq ola bilərmi? – Əcnəbi diplomatın cavabı

Azərbaycanda çalışan əcnəbi diplomatlar ölkələri üçün müxtəlif hesabatlar hazırlayırlar. Son vaxtlar bölgədə artan gərginlik səbəbindən işlərinin həcmi artıb, olayları özləri üçün aydınlaşdırmağa çalışırlar. Diplomatlardan birinin maraqlı sualı ilə üzləşdim: “Qarabağdakı ermənilərin sosial durumu həqiqətən ağırdır, yoxsa məsələni şişirdirlər?” Ona cavabımda internetdə Xankəndidə toy videolarını izləməyi məsləhət gördüm.

AzerTimes xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu yazıb.

O bildirib ki, diplomatın da həmin videonu izlədiyi məlum olub:

“O da ermənilərin rola girdiyi qənaətindədir. Xarici ölkə diplomatları onu da anlayırlar ki, Qarabağ ermənilərinin Azərbaycan qanunlarını qəbul etməkdən başqa alternativləri yoxdur. Onlar hökumətlərinin Azərbaycana təzyiq etməyəcəklərini bildirirlər”.

Teqlər: