Bakıya qarşı plan: ermənilər “əsas gücü” işə saldı

Bakıya qarşı plan: ermənilər “əsas gücü” işə saldı

Ermənistan-Azərbaycan konflikti ilə bağlı mühüm dövr gəlir. 2023-cü ildən çox şey asılıdır.

AzerTimes xəbər verir ki, bu sözləri Rusiyanın “Milli müdafiə” jurnalının baş redaktoru, tanınmış rusiyalı hərbi ekspert İqor Korotçenko qeyd edib.

O bildirib ki, ermənilərin əsas gücü diaspordur:

– Bütün dünyanı əhatə edən və nüfuzedici şəbəkə strukturu;

– Transkontinental fövqəldövlət əlaqələri və münasibətləri;

– Güclü lobbi mövqeləri və hətta dövlət başçıları və parlamentlər səviyyəsində erməni maraqlarının lobbiçiləri;

– Böyük maliyyə resursları və “kölgə şəbəkəsi”nə təsir göstərə bilən bankirlər;

– Xüsusi idealogiya və kilsə;

– Tarixi miflərin müstəsna dərəcədə effektiv istismarı;

– Öz milli maraqlarını digər dövlətlərin dövlət siyasətinin prioritetlərinə çevirmək bacarığı.

“2023-cü ildən çox şey asılıdır. Ermənistan bir ölkə kimi Azərbaycana uduzdu. Bu gün qlobal erməni diasporu Azərbaycana qarşı qlobal oyuna girir. Taleyüklü il olacaq…” – Korotçenko qeyd edib.

Teqlər: