Bakıya gətirilən yeni avtobuslar xəttə buraxılıb

Xəbər - Samir Əli – Trend:

Bakı Nəqliyyat Agentliyinin daşıyıcılar qarşısında
müəyyənləşdirdiyi tapşırığa uyğun olaraq, “Xaliq Faiqoğlu” MMC
tərəfindən yeni gətirilən, Avro 6 standartlarına cavab verən 50
ədəd “Otokar” markalı, CNG mühərrikli avtobuslar istismara
verilib.

Agentlikdən AzerTimes-a verilən məlumatda bildirilir ki, nəqliyyat
vasitələri 18, 61, 65 və 85 nömrəli müntəzəm marşrut xətləri üzrə
sərnişinlərin istifadəsinə verilib.

Bu marşrut xətlərindən çıxarılan “İsuzu” markalı avtobuslar isə “Daewoo” markalı avtobusları əvəz etmək üçün 119, 135 və 199
nömrəli müntəzəm marşrut xətləri üzrə daşımalara cəlb edilib.

Bakı Nəqliyyat Agentliyinin tapşırığına əsasən, daşıyıcı
tərəfindən sərnişin tələbatı nəzərə alınmaqla, ayrı-ayrılıqda hər
üç xətt üzrə gündəlik reysə 20 ədəddən artıq avtobus çıxarılır.
Bununla da, Bakı-Xırdalan istiqamətində gündəlik 100 min nəfərə
yaxın sərnişinin daha rahat, maneəsiz və təhlükəsiz daşınması təmin
edilib.

Teqlər: