Bakıxanovda liftlərin naqillərini oğurlayan şəxs saxlanılıb (FOTO/VİDEO)

Bakıda hümdürmərtəbəli binaların liftlərinin ehtiyat hissələrini
oğurlayan şəxslərin saxlanılması istiqamətində polis əməkdaşları
tərəfindən əməliyyatlar davam etdirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən AzerTimes-a verilən məlumata görə, Sabunçu
Rayon Polis İdarəsinin 13-cü Polis Şöbəsinin əməkdaşlarının
keçirdikləri əməliyyat zamanı əvvəllər məhkum olunmuş paytaxt
sakini Nürəddin Abıyev saxlanılıb. Tutulan zaman ondan narkotik
vasitə heroin də aşkar edilib. Ətrafında keçirilən əməliyyat
nəticəsində onun Bakıxanov qəsəbəsi ərazisində yerləşən 10-a yaxın
hündürmərtəbəli binanın liftlərinin naqillərini kəsərək oğurladığı
məlum olub. Nürəddin Abıyev ifadəsində oğurladığı naqilləri paytaxt
ərazisində yerləşən müxtəlif metal qəbulu məntəqələrinə
dəyər-dəyməzinə satdığını bildirib.


Faktlarla bağlı saxlanılan şəxs barəsində toplanan materiallar
Sabunçu RPİ-nin İstintaq Şöbəsinə göndərilib. Nürəddin Abıyev
barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Saxlanılan şəxsin paytaxtın digər rayonlarının ərazisində də
analoji cinayətlər törətməsi istisna edilmir. Onun əməllərindən
zərərçəkən başqa vətəndaşlar varsa ərazi polis orqanlarına, “102”
Xidməti-Zəng Mərkəzinə və Nazirliyin sosial şəbəkələrdəki rəsmi
səhifələrinə məlumat verə bilərlər.

Teqlər: