Bakının təklifinə erməni separatçıların cavabı

Bakının təklifinə erməni separatçıların cavabı

Xəbər verdiyimiz kimi, Azərbaycan Qarabağda yaşayan erməni icmasını reinteqrasiya məsələlərini müzakirə etmək üçün növbəti dəfə Bakıya dəvət etmişdi.

AzerTimes xəbər verir ki, Bakının bu təklifinə Azərbaycanın Qarabağ iqtisadi rayonunun rus sülhməramlıların məsuliyyət zonasında məskunlaşan erməni separatçıları cavablandırıblar.

Erməni separatçıların cavabı təəccüblü olmayıb. Onlar görüş yerinə (Bakının seçilməsi) və müzakirə ediləcək mövzuya (reinteqrasiya) etiraz ediblər və bu təklifi qəbul etməyəcəklərini bildiriblər.

Qeyd edək ki, erməni separatçıları “bərabərhüquqlu dialoqa” və yalnız “humanitar məsələləri” müzakirə etməyə can atır.

Teqlər: