Bakının razılıq verdiyi Astana təklifinə İrəvandan reaksiya

Bakının razılıq verdiyi Astana təklifinə İrəvandan reaksiya

Ermənistan və Azərbaycanın xarici işlər nazirləri arasında Qazaxıstanın təklifi ilə görüşün təşkili nəzərdən keçirilir, lakin dəqiq tarix hələ razılaşdırılmayıb.

AzerTimes xəbər verir ki, bunu Ermənistanın Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan deyib.

O qeyd edib ki, Ermənistan Cənubi Qafqazda davamlı sülhün əldə edilməsinə yönəlmiş vasitəçilik səylərini və istənilən danışıq platformalarını dəstəkləyir:

“Qazaxıstan tərəfinin təklifi ilə Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin mümkün görüşünün tarixi barədə razılığa gələn kimi məlumat verəcəyik”.

Teqlər: