Bakının möhtəşəm funikulyorundan FOTOSESSİYA

Bakıdakı funikulyorun rahat vaqonlarında hərəkət edən
şəhərimizin sakinləri və qonaqları paytaxtın təkrarolunmaz
mənzərəsini seyr edə bilərlər

1960-cı ildə fəaliyyətə başlayan funikulyor 2012-ci ildə
yenidənqurma və təmir işlərindən sonra yenidən paytaxt sakinlərinin
və qonaqların istifadəsinə verilib.

Əsaslı təmirdən sonra funikulyorun aşağı və yuxarı vestibülləri,
köhnə relsləri tamamilə təzələnib, yeni vaqonlar alınıb. Mexaniki
və elektron qurğuları tamamilə dəyişdirilmiş funikulyorun hər iki
stansiyası şüşədən hazırlanıb.

Bakı funikulyoru kompüter sistemi ilə idarə olunur. Hər hansı
bir texniki nasazlıq aşkarlandıqda dərhal mərkəzə məlumat ötürülür.
Beləcə, baş verə biləcək problemin qarşısını vaxtında almaq mümkün
olur.

Xüsusi rahatlığı ilə seçilən vaqonlar isə sərnişinlərin ətrafı seyr
etmələri üçün şüşəbəndlə əhatələnib. Funikulyorun 2 stansiyası var: “Bəhram Gur” və “Şəhidlər Xiyabanı”.

Trend Bakı Funikulyorunun görüntülərini təqdim edir.

Teqlər: