Bakının mərkəzi prospektində təmir işləri aparılacaq

Xəbər - Humay Ağacanova – Trend:

Bakının Neftçilər prospektinin Yusif Səfərov küçəsi ilə
kəsişməsində bu gün saat 21:00-dan etibarən 17 fevral səhər
saatlarınadək təmir işləri aparılacaq.

Trend-in məlumatına görə, bu barədə Azərbaycan
Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.


Sürücülərdən sözügedən yolda hərəkətdə olarkən diqqətli
olmaları, müvəqqəti yol nişanlarının tələblərinə və yol hərəkəti
qaydalarına əməl etmələri xahiş olunur.

Teqlər: