Bakının mərkəzi küçəsində işıqforlarda yaranan problem aradan qaldırılıb

Xəbər - Fərid Zöhrabov – Trend:

Səhər saatlarından paytaxtın Şəmsi Bədəlbəyli küçəsi ilə Səməd Vurğun küçəsinin, eləcə də Mirzəağa Əliyev küçəsi ilə Səməd Vurğun küçəsinin kəsişməsində işləməyən işıqforlar artıq bərpa edilib.

Bu barədə Trend-ə Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayev məlumat verib.

Onun sözlərinə görə, ərazi üzrə elektrik verilişində yaranmış qısa fasilə səbəbindən küçələrin kəsişməsində quraşdırılan işıqforlar işləmirdi:

“Artıq problem aradan qaldırılıb, işıqforların fəaliyyəti bərpa edilib”, – deyə M.Ağayev bildirib.

Teqlər: