Bakının gücü artıb, biz masanın “üstündəyik”

Bakının gücü artıb, biz masanın “üstündəyik”

Bakı və Ankaranın regionda rolu kəskin artıb, onlara təsir rıçaqları azalıb, Rusiya və KTMT-nin təsiri isə məhdudlaşıb. Bu şərtlər daxilində təhlükəsizlik məsələlərinə məhəl qoymamaq cinayətdir.

AzerTimes xəbər verir ki, bunu Ermənistanın ikinci prezidenti Robert Köçəryan deyib.

Köçəryan qeyd edib ki, ölkədəki son mitinqlər Ermənistanda vəziyyətin təhlükəli olduğunu göstərdi:

“Bir tərəfdən cəmiyyət qərarlar tələb edir, digər tərəfdən bu qərarlar ölkə daxilində iğtişaşlara səbəb ola bilər. Heç kim zəif ölkə ilə hesablaşmayacaq, dilənçilik edən ölkəyə hörmət etməyəcək. Bizim regionda amilimiz azalıb və düzünü desək, biz özümüz bunu plintus səviyyəsinə çatdırmışıq. Biz danışıqlar masasının ətrafında deyil, üzərindəyik. 2021-ci ilin mayında İran tərəfi ilə (Tehranın təşəbbüsü ilə) sərhəddə təlimlər keçirmək üçün danışıqlar aparılıb, lakin Ermənistan tərəfi bunu dondurub. İndi də İranla razılığa gəlmək hələ gec deyil, çünki onun üçün regionda milli maraqların qorunması vacibdir”.

Teqlər: