Bakının çağırışına İrandan reaksiya – “Tələ yemi…”

Bakının çağırışına İrandan reaksiya – “Tələ yemi…”

Bu il fevralın 20-də Almaniyadan İrana getdikdən sonra barəsində məlumat olmayan Azərbaycan vətəndaşı Fərid Səfərli iyunun 1-də bu ölkədə casusluq ittihamı ilə həbs edildi. Bu hadisədən dərhal sonra Azərbaycan Xarici İşlər Nazirliyi vətəndaşlara zəruri olmadığı təqdirdə İrana səfər etməməyi tövsiyə etdi.

AzerTimes xəbər verir ki, Azərbaycan XİN-in bu çağırışına İran dərhal reaksiya verib.

İran XİN-in rəsmisi Nasir Kənani öz Tvitter səhifəsində yazıb: “Bizim siyasətimiz – vizaları ləğv etmək və azərbaycanlı qardaş və bacılara qucaq açmaqdır”.

Son zamanlar Azərbaycan xüsusi xidmət orqanlarının İran agenturasına qarşı apardığı əməliyyatlar nəticəsində bir çox casus həbs edilib. Bütün bunlar isə İranı ciddi narahat edir. Kənaninin bu açıqlamasının arxasında İranın pis niyyəti dayanır. İran agentlərinin əvəzinə Azərbaycan vətəndaşlarını həbs etməyə başlayıb. Bu açıqlama da ona görə verilib. İran “qardaş və bacılarımıza qucaq açırıq” kimi sözlərlə vətəndaşlarımızı İrana dəvət etmək, sonra da böyük həbs dalğasına start vermək niyyətindədir. Yəni, bu çağırışlar İranın böyük tələsidir.

İran heç vaxt Azərbaycan vətəndaşlarının halına yanmayıb. Əgər İran doğrudan da Azərbaycan Respublikası vətəndaşlarını sidq-ürəkdən “bacı və qardaşı” sayırsa, bir zəhmət, Güneydəki 40 milyon azərbaycanlının qayğısına qalsın: ana dilində oxumaq-yazmaq hüququ, düşünmək azadlığı olmayan Güney azərbaycanlıların məskunlaşdığı ərazilər İranın ən baxımsız, ən kasıb bölgələridir. İran fars rejimi məqsədli şəkildə azərbaycanlıların təhsilsiz, kasıb vəziyyətdə və aşırı təzyiq altında yaşaması üçün çalışır, onları assimilyasiya edir və milli dəyərlərindən uzaqlaşdırır.

Əvəzində isə 200 min erməninin “milli kimliyini” qoruyur, onlara məktəblər açır, olmayan mədəniyyətini yaşatmasına, icma kimi fəaliyyətinə yardım edir.

İranın əsl “bacı və qardaşı”nın kim olduğu hər kəsə məlumdur.

Teqlər: