Bakının bu ünvanında bina sökülür (FOTO)

Bakının Nizami rayonunda yaşayış binasının sökülməsinə
başlanılıb.

Trend xəbər
verir ki, bu Bakı şəhəri, Nizami rayonu, Rüstəm Rüstəmov küçəsi
88-98 ünvanında yerləşən binadır.

Həmin binadan artıq sakinlər tam köçürülüb.

1960-ci ildə istifadəyə verilən və indiyədək 90 ailənin yaşadığı
bina yaşayış üçün tam yararsız olduğundan söküləcək və yerinə
müasir standartlara cavab verən yeni bina tikiləcək.

Həmçinin proses davam edənədək 90 ailənin 2 il müddətində aylıq
350 manat kirayə haqqı qarşılanacaq.

Qeyd edək ki, ərazidəki 11 binanın mərhələli şəkildə sökülməsi
nəzərdə tutulur. İlkin mərhələdə 5, növbəti mərhələdə isə 6 bina
söküləcəyi gözlənilir.

Teqlər: