Bakının bu qəsəbəsi suyun altında qaldı – Video

Bakının bu qəsəbəsi suyun altında qaldı – Video

Xəzər rayonu, Binə qəsəbəsində “Bakavtomat” deyilən ərazini qrunt suları basıb.

AzerTimes-ın Xəzər Xəbər-ə istinadən məlumatına görə, ərazidə kanalizasiya xətləri olmadığından qurunt suları məhəlləyə axır.

Məsələ ilə bağlı “Azərsu” ASC-dən bildirilib ki, qrunt sularının axıdılması və kənarlaşdırılması bu qurumun funksiyalarına aid deyil:

“Qeyd olunan ərazidə mərkəzləşdirilmiş kanalizasiya şəbəkəsi mövcud deyil. Fərdi yaşayış evlərində formalaşan tullantı suları əhali tərəfindən kustar üsulla yaradılmış qurğulara axıdılır. Bakı şəhəri və ətraf qəsəbələrdə kanalizasiya sisteminin yenidən qurulması layihələri çərçivəsində gələcəkdə Binə qəsəbəsində tullantı su şəbəkəsinin yaradılması nəzərdə tutulur”.

Qeyd edək ki, ərazidə yaşayan sakinlər həmin torpaqları bələdiyyə sənədi əsasında aldıqlarını bildiriblər.

Teqlər: