Bakının bu qərarını hansı yeməklə qeyd edək?

Bakının bu qərarını hansı yeməklə qeyd edək?

İsrailin Azərbaycandakı səfiri Corc Dik rəsmi Bakının Təl-Əvivdə səfirlik açmaq qərarı ilə bağlı Tvitterdə paylaşım edib.

AzerTimes xəbər verir ki, diplomat bunu qeyd etdiklərini yazıb.

“Azərbaycanın İsraildə səfirlik açmaq qərarını ənənəvi Azərbaycan yeməyi ilə qeyd etmək qərarına gəldik. Amma hansı yeməklə qeyd edəcəyimzi razılaşdıra bilmirik”, – səfir bildirib.

C.Dik Azərbaycanın bir neçə milli yeməyinin adını çəkib və onlar arasından hansını seçməklə bağlı məsləhət istəyib.

“Düşbərə və dolma, şah plov və balıq ləvəngisi, piti və yarpaq xəngəli, kabab”, – o bildirib.

Qeyd edək ki, Milli Məclis noyabrın 18-də Azərbaycanın İsrail, Albaniya və Keniyada səfirlik açmasına razılıq verib. Azərbaycanın İsraildəki səfirliyi paytaxt Təl-Əvivdə, Albaniyadakı səfirliyi paytaxt Tiranada, Keniyadakı səfirlik isə Nayrobi şəhərində yerləşəcək.

Bundan başqa, Azərbaycan BMT-nin Nayrobi şəhərindəki bölməsində Daimi Nümayəndəlik, Fələstin Dövlətində (Ramallah şəhərində) Təmsilçilik Ofisinin təsis edir. Parlament bununla bağlı layihələri də təsdiqləyib.

Teqlər: