Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Bakının Nərimanov rayonunun Məsud Əlizadə küçəsini təmir edir.
AzerTimes xəbər verir ki, bu barədə Agentlik məlumat yayıb.
Məlumata görə, uzunluğu 1 620 metr olan adıçəkilən küçənin təmiri çərçivəsində küçəboyu frezlənmə, piyada səkilərinin bərpası işləri davam edir, səki və bordür daşları yenilənir.
Daha sonra zəruri olan yerlərdə yararsız qrunt qazılaraq çıxarılacaq, əks-dolğu işlərinin icrası ilə küçə profilə salınacaq, yeni asfalt-beton örtüyü döşənəcək.
Sonda isə üfüqi nişanlanma xətləri çəkiləcək, zəruri yerlərdə yol nişanları quraşdırılacaq və yeraltı kommunikasiya xətlərinin baxış qapaqları layihə hündürlüyünə qaldırılacaq.
2022-ci ildə Nərimanov rayonu üzrə təmir olunan küçələrin ümumi uzunluğu 7,6 kilometr təşkil edir.