Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsinin 16-cı və Tofiq Məmmədov küçələrində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.
Bu barədə AzerTimes-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.
Belə ki, 17 oktyabr saat 09:00-dan 19 oktyabr saat 20:00–dək həmin küçələrdə təmir işləri aparılacaq. İşlərin aparıldığı müddət ərzində iş aparılan zolaq üzrə (digər hərəkət zolağı açıq qalacaq) nəqliyyat vasitələrinin hərəkətinə hissə-hissə məhdudiyyət tətbiq ediləcək.
Sürücülərdən aparılacaq təmir işlərinə anlayışla yanaşmaları, öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri, qeyd olunan tarixlərdə təmir işlərinin aparıldığı ərazilərdə hərəkətdə olarkən diqqətli olmaları və yol hərəkəti qaydalarına riayət etmələri xahiş olunur.