Bakının bu ərazisində ağaclar köçürlür – Daha bir obyekt tikilir? (FOTO)

Xəbər - Ceyhun Ələkbərov – Trend:

Bakının Yasamal rayonu ərazisində bir neçə ağac köçürülür.

AzerTimes-ın məlumatına görə, sözügedən ərazi Yasamal rayonu, Bəxtiyar Vahabzadə küçəsində Mərkəzi Elmi kitabxanasının yanıdır.

Hazırda səkidə olan ağacların Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən köçülürməsi prosesi gedir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova isə AzerTimes-a bildirilib ki, ilkin ehtimala görə, ağacların köçürlməsinə səbəb yerin altından keçən kabeldəki nasazlıqdır: “Daha ətraflı məlumat veriləcək”.

Teqlər: