Bakının bu ərazisi plana düşdü: söküləcək

Bakının bu ərazisi plana düşdü: söküləcək

Xətai rayonu Abbas Abad, Mirzə Davud küçələri, Kənd Əhmədli adlı ərazinin bir hissəsi, “Elektrotop” qəsəbəsi kimi tanınan ərazilərin dövlət planına düşərək köçürülməsi gözlənilir.

AzerTimes “Hit.az”a istinadla xəbər verir ki, Kənd Əhmədli ərazisi istisna olmaqla, sözügedən küçələr dövlət planına daxil edilib. Həmin ərazilərdə Dənizkənarı Bulvarın salınması planlaşdırılır.

Bakı şəhərinin Baş planına əsasən, tikinti-söküntü işlərinə 2026-cı ildə başlanacaq və 2030-cu ildə işlər yekunlaşdırılacaq.

Qeyd edək ki, həmin ərazilər 20 il öncə plana düşüb və ərazidəki evlərin bir hissəsi köçürülüb.
Lakin köçürülmüş evlərin yerində zavod tikilib.

“Elektrotop” qəsəbəsində yerləşən Energetika zavodunun söküntü işlərinə bir neçə il əvvəl başlanılıb. Zavod Səngəçala köçürülür. Zavodun tam olaraq sökülməsi başa çatdıqdan sonra ərazidəki evlərlə bağlı işlərə başlanacaq.

Qeyd edək ki, sözügedən ərazidə 4 minə qədər sənədsiz ev tikilib və əhalinin sıx məskunlaşdığı yaşayış massividir.

Teqlər: