Bakının bəzi küçə və prospektlərində sıxlıq yaranıb – BNA

Xəbər - Samir Əli – Trend:

Səhər saatlarında Bakının bəzi küçə və prospektlərində sıxlıq yaranıb.

Bakı Nəqliyyat Agentliyindən AzerTimes-a verilən məlumata görə, Bakı – Sumqayıt şossesi – (Xırdalan dairəsi istiqamətindən başlayaraq, Avtovağzal metro stansiyasının yaxınlığına qədər, 20 Yanvar dairəsi istiqamətində), Binəqədi şosesi – (Əsasən,Biləcəri – Baksol yolu ilə kəsişməyə qədər, şəhər istiqamətində, Ziya Bünyadov prospekti – Əsas yol (Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən başlayaraq, DİN Hospitalın qarşısına qədər olan hissə,20 Yanvar dairəsi istiqaməti üzrə nisbətən sıxlıq müşahidə olunur. Səbəbi isə,Yol – nəqliyyat vasitələrinin çoxluğudur.

Bununla yanaşı, Koroğlu Rəhimov küçəsi – (Təbriz küçəsi ilə kəsişmə istiqamətindən,Fətəli xan Xoyski küçəsi ilə kəsişməyə qədər olan hissəsi,Akademik Həsən Əliyev küçəsi istiqamətində) sıxlıq var.


Teqlər: