Metronun “Elmlər Akademiyası” stansiyasının çıxışında
yerləşdirilmiş ”BakıKart” terminalındakı problem aradan
qaldırılıb.
Bu barədə AzerTimes-a ”BakıKart”dan bildiriblər.
“Belə problemlər əsasən ödəniş terminalına yararsız əskinas
daxil etmək istədikdə baş verir. ”BakıKart” aparatlarında
nasazlıq yaranan kimi sistemimiz həmin nasazlığı qeydə alır və
əməkdaşlarımız tərəfindən aradan qaldırılır”, – deyə ”BakıKart”dan bildirilib.
Qeyd edək ki, ”BakıKart” terminalında iki gündür ki, pul
yükləməkdə problem yaşanırdı. Bu da terminal qarşısında pik
saatlarda uzun növbələrə səbəb olurdu.