Bakıdan yola düşən “Zərifə Əliyeva” gəmi-bərəsi Qazaxıstanın Kurık limanına çatıb (FOTO)

Mayın 5-də Ələtdə yerləşən Bakı limanından yola düşən “Zərifə
Əliyeva” gəmi-bərəsi mayın 6-da Qazaxıstanın Kurık limanına
çatıb.

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”ndən AzerTimes-a verilən məlumata görə, limanda
gəminin qarşılanma mərasimi keçirilib. Tədbridə ölkəmizin
Qazaxıstanın Aktau şəhərindəki Baş Konsulluğunun başçısı Elmar
Məmmədov, Qazaxıstan Dəniz limanları administrasiyasının rəhbəri
Nurbol Ermanov, Kurık limanının rəis müavini Talqat Ospanov iştirak
ediblər.

Qazaxıstanın rəsmi şəxsləri kapitan Təhmiraz İsmayılovu Ro-Pax
tipli “Zərifə Əliyeva” gəmisinin həyata keçirdiyi ilk səfər
münasibətilə təbrik ediblər.

Kapitan körpüsündə olduqdan sonra gəmidə yaradılan, akademik
Zərifə Əliyevanın həyat və elmi fəaliyyətini əks etdirən guşəyə və
2020-ci il Vətən müharibəsinə aid “Zəfər guşəsi”-nə də
baxıblar.

Qazaxıstan rəsmiləri gəmi-bərənin ilk səfrinin onların ölkəsinə
baş tutmasından məmnun olduqlarını bildirib və buna görə
Azərbaycana təşəkkür ediblər.

Qazaxıstanın Aktau şəhərindəki Azərbaycan Baş Konsulluğunun
başçısı Elmar Məmmədov da öz növbəsində Azərbaycan istehsalı olan
yeni gəmi-bərənin ilk səfərinin əhəmiyyətindən danışıb. Diplomat
bildirib ki, Azərbaycanda tikilib istifadəyə verilən yeni gəmi-bərə
Şərq-Qərb Nəqliyyat Dəhlizinin bir hissəsi olan Trans-Xəzər
Beynəlxalq Nəqliyyat Marşrutunun səmərəli fəaliyyətinə də öz
töhfəsini verəcək.

Sonra tədbir iştirakçıları “Zərifə Əliyeva” gəmi-bərəsinə baxış
keçirib, onun imkanları ilə yaxından tanış olublar.

Teqlər: