Bakıdan Oğuza toya gələn şəxs qəfil öldü

Bakıdan Oğuza toya gələn şəxs qəfil öldü

Oğuz rayonunda oteldə ölüm hadisəsi baş verib.

AzerTimes xəbər verir ki, Bakı şəhəri Yasamal rayon sakini 1966-cı il təvəllüdlü Sübhan Ağakişi oğlu Quliyev bu gün səhər oteldə ürəktutmasından vəfat edib.

Məlumata görə, 57 yaşlı S.Quliyev Bakıdan Oğuza toy şənliyində iştirak etmək üçün gəlib.

Toydan çıxıb otelə dönüb, burada özünü pis hiss edib. Gecə saatlarında ona Təcili Tibbi Yardım çağırılaraq iynə də vurulub. Bir neçə saat sonra – bu gün səhər otel əməkdaşları onu otağında ölmüş vəziyyətdə aşkar ediblər.

Faktla bağlı araşdırma aparılır.

Teqlər: