Bakıdan İstanbula yola düşən təyyarələr əlverişsiz hava ilə bağlı Sabiha Gökçen hava limanına eniş edə bilməyib

Bakıdan İstanbula yola düşən “Buta Airways” aviaşirkətinin
təyyarələri (J2-9103 və J2-9105 reysləri) əlverişsiz hava şəraiti
ilə əlaqədar Sabiha Gökçen hava limanına eniş edə bilməyib.

Aviaşirkətdən AzerTimes-a bildirilib ki, hava gəmisi kapitanları
İzmir hava limanına enməyə qərar veriblər.

Xatırladaq ki, əlverişsiz hava şəraiti ilə əlaqədar sözügedən
reyslər Bakıdan gecikmə ilə yola düşüb. Lakin hava şəraitinin
pisləşməsi ilə əlaqədar olaraq təyinat aeroportu uçuş-enmə
zolağının qardan təmizlənməsi səbəbindən hazırda təyyarələrin
qəbulunu məhdudlaşdırıb.

İstanbul hava limanının fəaliyyəti bərpa olunduqdan dərhal sonra
təyyarələr İzmirdən yola düşəcək.

Teqlər: