Bakıdan İrəvana son mesaj: İlin sonuna qədər… – General

Bakıdan İrəvana son mesaj: İlin sonuna qədər… – General

Biz sülh istəyirik, amma bütün ssenarilərə hazırlaşırıq. Dünən cənab İlham Əliyev və Ərdoğan son dəfə Bakıdan Ermənistana çağırış etdi. Prezidentlər bir daha qəti surətdə sülh sazişinin imzalanmasının, Zəngəzur dəhlizinin açılmasının başqa alternativi olmadığını bəyan etdilər.

Bu sözləri AzerTimes-a Ermənistanın son günlər törətdiyi təxribatlar haqqında danışan Türkiyənin ölkəmizdəki keçmiş hərbi attaşesi, general Yücel Karauz deyib.

General Ermənistanın müxtəlif bəhanələr və hiylələr ilə sülh prosesini ləngitdiyini, vaxt qazanmağa çalışdığını vurğulayıb:

“Mən bu çağırışları, fikirləri ölkə başçılarımızın 2018-ci ildə Bakının azad olunmasının 100-cü ilində Azadlıq meydanında səsləndirdiyi fikirlərə bənzədirəm. Həmin vaxtda da Ermənistan və dünyaya çox güclü mesajlar verildi, lakin qarşı tərəf bunu anlamadı. Paşinyan bir tərəfdən Qarabağı Azərbaycan ərazisi kimi tanıdıqlarını deyir, Türkiyədə andiçmə mərasimində iştirak edir, digər tərəfdən isə demək olar ki, hər gün təxribatlar baş verir. Görünən odur ki, Ermənistan bir neçə mərkəz tərəfindən idarə edilən dövlətdir. Fikrimcə, son günlərdə xüsusilə sərhəd təxribatlarının artmasının arxasında Ermənistanda ordu içərisində və siyasətdə təmsil olunan əli qanlı qatillər və onların himayədarları dayanır. Biz müharibə yox, ədalətli sülh istəyirik. Ona görə də diplomatiya masasında müzakirələr aparılmalı, Ordumuza qarşı atılan hər güllənin cavabı isə artıqlaması ilə verilməlidir. Bakıdan da tarixi çağırış oldu. Ya il sonunadək Zəngəzur dəhlizi açılacaq, sonra sülh müqaviləsi imzalanacaq, yaxud da Azərbaycan bunu özünün milli gücü ilə edəcək. Gerisini isə Ermənistan düşünməlidir. Heç kim Türkiyə və Azərbaycanın səbrini sınamamalı, çağırışları çarəsizlik kimi düşünməməlidir. Sülh istəyirik, ona görə də Vaşinqton, Brüssel, Soçi və Moskvada eyni sözləri deyirik. Ancaq Ermənistan vaxt qazanmaq üçün hər görüşdə bir hiylə işlədir. Ağıllı olmalıdırlar və anlamalıdırlar ki, Türkiyə və Azərbaycanla zarafat etmək, yaxud oyun oynamaq olmaz. Dövlət ağlı bütün oyunları, tələləri, fırıldaqları görəcək qədər təcrübəyə və cavabını verəcək qədər gücə sahibdir. Ermənistanı qızışdırıb ortalığa salanlar ən ağır məqamda onun arxasında dayanmayacaq. Sülh, inkişaf, rifah və müharibə arasında seçimi özləri etməli, qərar verməlidirlər. Sonra çox gec ola bilər”.

Teqlər: