Bakıdan bu şəhərə birbaşa reys gələn ay başlayır

Bakıdan bu şəhərə birbaşa reys gələn ay başlayır

Bu ilin iyun ayında Sofiya ilə Bakı arasında birbaşa təyyarə reysləri açılacaq.

AzerTimes xəbər verir ki, bu sözləri iqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda keçirilən Azərbaycan-Bolqarıstan biznes forumunda deyib.

“Artıq AZAL ilə “BolqarAİR” şirkəti arasında müvafiq sənəd imzalanıb. Bu reysin açılması hər iki ölkənin turizm sənayesinin inkişafına təkan verməklə yanaşı iş adamlarının da səfərlərinin artmasına səbəb olacaq. Azərbaycan ilə Bolqarıstan Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı, BMT və digər beynəlxalq platformalarda da yaxın əməkdaşlıq edirlər”, – nazir vurğulayıb.

Teqlər: