Bakıdakı zəlzələ uçuşlara təsir edib? – Rəsmi

Bakıdakı zəlzələ uçuşlara təsir edib? – Rəsmi

Azərbaycan Hava Yolları QSC (AZAL) Bakı yaxınlığında baş vermiş zəlzələyə baxmayaraq, uçuşları cədvələ uyğun həyata keçirməyə davam edir.

Bu barədə AZAL məlumat yayıb.

Bildirilib ki, bütün uçuşlar sərnişinlərin rahatlığını və təhlükəsizliyini təmin etməklə ştat rejimdə yerinə yetirilir.

Qeyd edək ki, Azərbaycanda baş vermiş 5,6 bal gücündə zəlzələnin ocağı Xəzər dənizində, 68 km dərinlikdə qeydə alınıb.

Teqlər: