Bakıdakı yanğın 45 şam ağacının məhvinə səbəb olub

Xəbər - Çingiz Səfərli – Trend:

Xətai rayonu, Vunqtau küçəsində bu gün baş verən yanğın zamanı 45 şam ağacının yanaraq məhv olduğu məlum olub.

AzerTimes xəbər verir ki, bunu Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəsmisi Vaqif Cavadov bildirib. Onun sözlərinə görə, hazırda yaşıllığa dəymiş ziyanın müəyyənləşdirilməsi istiqamətində araşdırmalar aparılır.

Xidmət rəsmisi qeyd edib ki, araşdırmaların nəticələri ilə bağlı toplanmış materiallar Fövqəladə Hallar Nazirliyinin Əməliyyat İstintaq İdarəsinə göndəriləcək.


Twitter:@cingizsafarli

Teqlər: