Bakıda yük qatarı 42 yaşlı kişini vurdu

Bakıda yük qatarı 42 yaşlı kişini vurdu

Bu gün saat 19:15-də “Azərbaycan Dəmir Yolları” QSC-yə məxsus yük qatarı Abşeron-Puta mənzilinin 32-ci km-də hərəkətdə olarkən Lökbatan qəsəbə sakini 1981-ci il təvəllüdlü Zaur Ağababa oğlu Cavadov qəflətən qatarın yoluna çıxıb.

Bu barədə AzerTimes-a QSC-dən bildirilib.

“Təəssüflə qeyd edirik ki, maşinist təcili tormozlama aparsa da, həmin şəxsin həyatını xilas etmək mümkün olmayıb.

Hazırda ADY nümayəndələri müvafiq hüquq mühafizə orqanları ilə birgə hadisə yerindədirlər. Hadisə aidiyyəti üzrə araşdırılır”, – QSC-dən əlavə olunub.

Teqlər: