Bakıda yük maşını ilə minik avtomobili toqquşub, yolda tıxac yaranıb (FOTO)

Xəbər - Ceyhun Ələkbərov – Trend:

Bakıda yük maşını ilə minik avtomobilinin iştirakı ilə qəza baş verib.

AzerTimes-ın məlumatına görə, hadisə Bakı dairəvi 1 yolunda qeydə alınıb.

Yolun Sumqayıt istiqamətində baş verən qəzada yük maşını ilə 99-EB-182 dövlət nömrəli “Hyundai” markalı minik avtomobili toqquşub.

Hadisə səbəbindən sözügedən yolda uzun tıxac yaranıb.

Teqlər: