Bakıda yük maşını aşdı, toyuqlar yola töküldü (FOTO)

Xəbər - Samir Əli – Trend:

Bakının Biləcəri dairəsi yaxınlığında diri toyuq daşıyam yük avtomobili aşıb.

Bakı Nəqliyyat Agentliyindən AzerTimes-a verilən məlumata görə, hadisə nəticəsində Moskva prospektindən bu istiqamətdə gələn nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb.

Avtomobillər Bakı-Sumqayıt yoluna yönləndirilir. Bu səbəbdən də paytaxtdan Xırdalan dairəsi istiqamətində nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə edilir.


Mövcud vəziyyətdə bu istiqamətdə müntəzəm marşrut xətləri üzrə avtobusların hərəkətində də çətinliklər yaranıb.

Teqlər: